Messi gələcəkdə “Qızıl topa” kimin sahib ola biləcəyini açıqlayıb
Messi Haaland, Mbappe və Vinisiusu “Qızıl topun” gələcək sahibləri olaraq gördüyünü bildirib.
BrendSport.az xəbər verir ki, o bunu “getfootballnewsfrance”ə açıqlamasında deyib.
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi bu mükafat uğrunda növbəti illərdə Erlinq Halland, Kilian Mbappe və Junior Vinisiusun mübarizə apara biləcəklərini vurğulayıb.
O, həmçinin “Barselona”nın 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamalın da adını çəkib və onun artıq klubun əhəmiyyətli oyunçusu kimi nəzərə çarpdığını deyib.
Messi Ronaldu ilə aralarındakı rəqabətə də aydınlıq gətirib: “Biz hər zaman bu qarşılıqlı rəqabətdən zövq almışıq, çünki hər ikimiz layiqli rəqibik və həmişə qalib gəlmək arzusunda olmuşuq. Bu dövr həm bizim, həm də futbolu sevən azarkeşlər üçün xoş keçib”.
Qeyd edək ki, argentinalı hücumçu oktyabrın 30-da öz karyerası ərzində səkkizinci dəfə “Qızıl top”un qalibi olub. O, daha əvvəl bu mükafata 2009-cu, 2011-ci, 2012-ci, 2013-cü, 2016-cı, 2019-cu və 2021-ci illərdə layiq görülüb.
Facebook-da paylaş