Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi Liqa Kubokunun bombardiri, futbol tarixinin ən titullu oyunçusu olub



“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 10 qolla Liqa Kubokunun bombardiri olub.

BrendSport.az
xəbər verir ki, hücumçu "Neşvill"lə final matçında (1:1, 10:9-p.) oyunun 23-cü dəqiqəsində hesabı açaraq onuncu qolu vurub.

Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan 7 qol vurub.

Hücumçu üçün bu kubok həm milli, həm də klub səviyyəsində qazanılan titulları hesablasaq, karyerasında 44-cü olub. O, tarixin ən titullu futbolçusu olub. Messi “İnter Mayami”də ilk kubokunu qazanıb. Bu, həmçinin, klubun ilk tituludur.

Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. 2023-cü ilin yay "transfer pəncərəsi"ndə isə argentinalı “İnter Mayami” ilə azad agent kimi müqavilə bağlayıb və debüt matçında cərimə zərbəsindən qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş