Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi yeni klubunda ilk titulunu qazanıb



Argentinalı hücumçu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunun heyətində ilk titulunu qazanıb.

BrendSport.az
xəbər verir ki, Florida təmsilçisi Liqa Kubokunun finalında “Neşvill”i penaltilər seriyasında yenərək turnirin qalibi olub.

Əsas vaxtda Lionel Messinin qoluna “Neşvill” Faf Pikonun dəqiq zərbəsi ilə cavab verib. Penaltilər seriyasında isə mayamililər daha dəqiq olub - 10:9.

2018-ci ildə əsası qoyulan “İnter Mayami” üçün bu, klubun tarixində ilk tituldur. Messinin klubda keçirdiyi 7 oyunda 10 qolu var. Onun üçün bu kubok karyerasında 44-cü tituldur. Beləliklə, 36 yaşlı argentinalı tarixin ən titullu futbolçusu olub.


Facebook-da paylaş

Xəbəri paylaş