Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi "İnter Mayami"də ildə 60 milyon dollara qədər qazanacaq



Argentina millisinin futbolçusu Lionel Messinin ABŞ-nin "İnter Mayami" futbol klubundakı illik maaşı 50-60 milyon dollar arasında olacaq.

BrendSport.az
xəbər verir ki, komandanın prezidenti Xorxe Mas “El Pais”ə açıqlamasında argentinalı hücumçu ilə 3 ildir ki, müqavilə bağlamaq üçün danışıqlar apardığını deyib.

Argentinalı futbolçu iyunun 7-də "İnter Mayami"yə keçdiyini açıqlayıb. Hücumçunun son klubu müqavilə müddəti bitdiyi üçün ötən mövsümün sonunda ayrıldığı Fransa "Paris Sen-Jermen" olub.

36 yaşlı Messi 2003-2021-ci illərdə 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya Superkubokunu və 7 dəfə İspaniya kubokunu qazanan, 4 dəfə Çempionlar Liqasının qalibi olan "Barselona"da çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş