Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir Bakının 15-ci Avropa Olimpiya Festivalına hazırlığından danışdı



10 Noyabr tarixindən etibarən İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin sayca 47-ci iclası öz işinə başlayıb. Azərbaycanı bu tədbirdə gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın BrendSport.az saytına verdiyi məlumata görə, nazir toplantıda Bakı şəhərinin 2019-cu ildə 20-28 iyul tarixlərində ev sahibliyi edəcəyi Avropa Olimpiya Gənclər Festivalına hazırlıqlarını əks etdirən təqdimat ilə çıxış edib.

Nazir bildirib ki, 3600 idmançının qatılacağı yarışlar üçün Atletlər kəndində 6 bina nəzərdə tutulub. Ümumilikdə idmançıların 10 (atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis, voleybol) idman növündə mübarizə aparacaqlarını qeyd edən nazir, yarışların 12 idman arenasında keçiriləcəyini diqqətə çatdırdı.

Azad Rəhimov yarışlara 50 Avropa ölkəsinin qatılcağını bildirərək, 48 ölkənin nümayəndə heyətinin rəhbərlərinin (Shef de Mission) bu gün üçün iştiraklarına təsdiq verdiklərini vurğulayıb.

İdman yarışlarının ayrılmaz qüvvəsi sayılan könüllülər haqqında da danışan nazir, 2500 nəfərin yarışlara cəlb olunacağını bildirib.

Qeyd edək ki, Bakı 2019-un rəsmi internət səhifəsi www.eyeofbaku2019.com dur. Yarışın hashtaql isə #4everyoungbaku dur. Yarışın açılış mərasimi 21 iyul 2019-cu il tarixdə Crystal Hall-da gerçəkləşəcək.

Təqdimat mərasimindən sonra sual-cavab bölümünə keçilib. İclas 11 noyabr tarixində işini yekunlaşdırır.


Facebook-da paylaş

Xəbəri paylaş