Prezident: “Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq”

“Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq”.
BrendSport.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı bildirib: “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub”.
Facebook-da paylaş





















