Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov millinin Avropa çempionluğu ilə bağlı paylaşım edib: “Fantastik nəticə!”



Gənclər və idman naziri Fərid Qayıbov yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olması ilə bağlı paylaşım edib.

BrendSport.az
xəbər verir ki, nazir sosial şəbəkə vasitəsilə yığmanı təbrik edib.

F.Qayıbov yeniyetmələrin çıxışını fantastik nəticə adlandırıb: “Cüdo üzrə Avropa Kadet Çempionatı - 7 qızıl medal! Fantastik nəticə!”

Qeyd edək ki, finalda Fransanı 4:3 hesabı ilə məğlub edən yeniyetmələrdən ibarət Azərbaycan millisi komanda yarışında qitə birinciliyinin qızıl medalını qazanıb. Fərdi yarışlarda isə 6 cüdoçu Avropa çempionu olub, 3-ü bürünc medal əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş