Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb



BrendSport.az xəbər verir ki, Bosniya Hersoqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) 1-ci, Pünhan Mürsəlov (45 kq) isə 3-cü yeri tutublar.

Nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş