Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çinin yaşayış məhəlləsində güclü partlayış olub

Çinin yaşayış məhəlləsində güclü partlayış olub

Çinin Hubey vilayətində yaşayış məhəlləsində təbii qaz partlayışı baş verib.
BrendSport.az vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, partlayış nəticəsində dağıntılar altında qalanların 11 nəfəri ölüb, 37-si ağır yaralanıb.
Hadisə Şiyan şəhərinin Canvan rayonunda yerli vaxtla səhər saat 6:30 radələrində baş verib. Bildirilir ki, partlayış nəticəsində ərazidəki bazar xüsusilə dağıntıya məruz qalıb. Sosial şəbəkələrdə yayılan videolarda ərazidə xeyli dağılmış binalar görünür.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.


AZERTAC


Facebook-da paylaş

Xəbəri paylaş