Böyük Britaniyada koronavirusa yoluxmada yenidən artım baş verib
Böyük Britaniyada koronavirusa yoluxmada yenidən artım baş verib.
BrendSport.az xəbər verir ki, ötən gün ölkədə 2064 nəfər koronavirusa yoluxub, 6 ölüm qeydə alınıb. Son dövrlərdə yoluxma və ölüm hallarında azalma müşahidə olunsa da, bir neçə gündür yenidən artım qeydə alınır.
Ölkədə 4 milyondan çox insan koronavirusa yoluxub, 127 min 428 nəfər isə həyatını itirib.
Qeyd edək ki, Krallıqda 33 milyon nəfərə peyvəndin ilk dozası, 12 milyona isə ikinci dozası vurulub.
AZERTAC
Facebook-da paylaş