Əsas Səhifə > Xəbər lenti > Böyük Britaniyada koronavirusa yoluxmada yenidən artım baş verib

Böyük Britaniyada koronavirusa yoluxmada yenidən artım baş verib


26-04-2021, 22:49



Böyük Britaniyada koronavirusa yoluxmada yenidən artım baş verib.

BrendSport.az xəbər verir ki, ötən gün ölkədə 2064 nəfər koronavirusa yoluxub, 6 ölüm qeydə alınıb. Son dövrlərdə yoluxma və ölüm hallarında azalma müşahidə olunsa da, bir neçə gündür yenidən artım qeydə alınır.

Ölkədə 4 milyondan çox insan koronavirusa yoluxub, 127 min 428 nəfər isə həyatını itirib.

Qeyd edək ki, Krallıqda 33 milyon nəfərə peyvəndin ilk dozası, 12 milyona isə ikinci dozası vurulub.

AZERTAC
Geri qayıt