Qadın cüdoçumuz dünya çempionatına qələbə ilə başladı
Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın ilk təmsilçisi tatami üzərinə çıxıb.
48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyeslə üz-üzə gəlib. Görüş Qurbanlının qələbəsi ilə yekunlaşıb. O, rəqibini cərimə xalları hesabına üstələyib.
Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq.
Facebook-da paylaş