Əsas Səhifə > Xəbər lenti > Qadın cüdoçumuz dünya çempionatına qələbə ilə başladı

Qadın cüdoçumuz dünya çempionatına qələbə ilə başladı


20-09-2018, 12:27
Qadın cüdoçumuz dünya çempionatına qələbə ilə başladı

Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın ilk təmsilçisi tatami üzərinə çıxıb.

48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyeslə üz-üzə gəlib. Görüş Qurbanlının qələbəsi ilə yekunlaşıb. O, rəqibini cərimə xalları hesabına üstələyib.

Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq.
Geri qayıt