Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Şerif” - “Qarabağ” oyununu bu hakim idarə edəcək



Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb.

UEFA avqustun 23-də Tiraspolda keçiriləcək bu oyunu avstriyalı hakimlərə tapşırıb.

Qarşılaşmanın baş hakimi Harald Lexner olacaq. Ona yan xətt hakimləri Andreas Haydenrayx və Maksimilian Kolbiç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yulian Veynberqer həyata keçirəcək.

Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu
23 avqust


21:00 Şerif - Qarabağ
Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Veynberqer (hamısı Avstriya).
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Teyvo Holopaynen (Finlandiya)
Tiraspol. “Şerif” stadionu.


Facebook-da paylaş

Xəbəri paylaş