Rusiya gənclərinin Azərbaycana səfəri başlayır
Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir.
Bu barədə BrendSport.az saytına Gənclər və İdman Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilir.
Bu il də ənənəvi olaraq, 24-29 iyul 2018-ci il tarixlərdə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyəti, elmi və tarixi ilə tanış olacaqlar, bir sıra dövlət və qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşəcəklər.
Facebook-da paylaş