Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan və İraq arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib



Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyasının ikinci iclasında iştirak edəcək nümayəndə heyətinin tərkibində ölkəmizə səfər edən İraq Respublikası Gənclər və İdman Nazirliyinin idarə rəisi Akram Naem Attvan Al-Hameedavi ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, görüş zamanı nazir müavini İntiqam Babayev qonağa ölkəmizdə gənclərlə iş sahəsində görülən işlər barədə geniş məlumat verərək vurğulayıb ki, müstəqil Azərbaycanda gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşıb və bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən həmin siyasətin nəticəsində gənclərimiz təhsilli, intellektual və vətənpərvər yetişirlər. Məhz bu səbəbdən cənab P
rezidentin rəhbərliyi dövründə yüksək vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərimiz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qalib gələrək xalqımızı tarixi torpaqlarına qovuşdurdular.

Cənab Akram Naem Attvan Al-Hameedavi öz növbəsində görüş üçün təşəkkür edərək Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında rolu olan gəncləri təbrik edib və bu münaqişədə Azərbaycan xalqının haqlı olduğunu və ərazi bütövlüyümüz barədə BMT-nin bütün qətnamələrini daim dəstəklədiklərini bildirib. Sonra o, qeyd edib ki, iki ölkə arasında ictimai, dini və mədəni baxımdan sıx əlaqələr mövcuddur. Müasir dövrdə gənclərin hərtərəfli inkişafı ilə bağlı onlara dəstəyin verilməsinin çox önəmli olduğunu və İraq xalqının uzun illər üzləşdiyi problemlərin həllində məhz gənclərin müstəsna rolu olduğunu vurğulayıb.

Daha sonra nazir müavini İntiqam Babayev iki ölkə arasında gənclər və idman sahəsində 2012-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı daha da fəallaşdırmağı və konkret tədbirlər planı hazırlayaraq canlı və ya onlayn formada yaradıcı gənclərin, gənc alimlərin görüşlərinin keçirilməsini təklif edib.
Akram Naem Attvan Al-Hameedavi bu fikri dəstəkləyərək gənclər arasında ünsiyyətin vacibliyini vurğulayıb və Azərbaycanın gənclərdən ibarət nümayəndə heyətini İraqda keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edib.

Görüş çərçivəsində həmçinin, iki ölkə arasında idman sahəsində əməkdaşlıq da müzakirə olunub. Mütəmadi olaraq, hər iki ölkədə təşkil olunan beynəlxalq idman tədbirlərində qarşılıqlı iştirak edildiyi bildirilib. İraqlı qonaq Azərbaycanın bir çox idman növlərində uğurlarının olduğunu və gələcəkdə bu sahədəki müsbət təcrübənin öyrənilməsi üçün idman federasiyaları arasında daha sıx əməkdaşlıq etmək istədiklərini bildirib.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş