Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı boksçu dünya birinciliyində erməni idmançını məğlub edib

Azərbaycanlı boksçu dünya birinciliyində erməni idmançını məğlub edib


Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
BrendSport.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov (52 kq) ilk döyüşünü keçirib. Bu döyüşdə Avropa çempionumuz ermənistanlı Ruben Qarboyanla (Ermənistan) üz-üzə gəlib. Ə.Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Görüş aprelin 15-də baş tutacaq.
Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş