Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Boksçumuz Avropa çempionatında səkkizdəbir finala yüksəlib



Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşlı kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.


BrendSport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.

Təmsilçilərimizdən Nicat Həsənov (69 kq) Saymonas Banislə (Litva) üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

75 kiloqram çəki dərəcəsində rinqə çıxan Amin Kuşkov isə eyni hesabla belçikalı Proton de la Şappel Lakeloya 3:2 hesabı ilə qalib gəlib. Boksçumuz səkkizdəbir finalda rusiyalı Aleksey Semikinlə döyüşəcək. Qarşılaşma martın 11-də keçiriləcək.

Qeyd edək ki, bu gün millimizin üç üzvü rinqdə mübarizə aparır. Ruslan Rüstəmov (60 kq) israilli Bişar Sabbarla, Bəxtiyar Qazıbəyov (64 kq) ispaniyalı Adrian Kreusla, Cəbrayıl Yelekov (81 kq) isə moldovalı Dmitri Koskyuqla gücünü yoxlayır.


Facebook-da paylaş

Xəbəri paylaş