Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri AzMİU tələbələrinə konsultasiya xidməti göstərib


Dövlət Məşğulluq Agentliyinin “Alo Karyera” məlumatlandırma xidməti çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün konsultasiya xidməti göstərilib.

BrendSport.az saytının Gənclər şobəsi
xəbər verir ki, Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsultasiya canlı şəkildə, həmçinin fərdi qaydada agentliyin peşəyönümlü məsləhətçiləri Səma Abbaszadə və Sevinc Qafarova tərəfindən aparılıb.

Konsultasiya zamanı əvvəlcədən qeydiyyatdan keçmiş 15 tələbənin müraciətləri növbəlilik prinsipi əsasında dəyərləndirilib. Tələbələrə “Düzgün karyera planlaması”, “CV və istək məktubunun hazırlanması”, “İş axtarışı”, “Müsahibəyə hazırlıq” istiqamətlərində tövsiyə və məsləhətlər verilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, 2020-ci ildən AzMİU-da Təcrübə və Karyera Mərkəzi fəaliyyət göstərir. Mərkəz AzMİU-nun tələbələri və məzunları ilə bağlı bir sıra tədbirlər (təlimlər, konsultasiyalar, karyera sərgiləri, uğurlu şəxslərlə motivasiya görüşləri) keçirir. Onlara mütəmadi olaraq şəxsi karyeralarını qurmağa, işəgötürənlərlə ilkin əlaqələrə şərait yaradır.

Bundan əlavə, Mərkəz tərəfindən müxtəlif təşkilat və müəssisələrlə universitet arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün görüşlər təşkil olunur, bu əlaqələr fəaliyyət planına uyğun olaraq tənzimlənir, tələbə və məzunlar üçün karyera sərgiləri təşkil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş