Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İtaliyalı tələbələr AzMİU-da: birgə dizayn layihələri icra edilib

İtaliyalı tələbələr AzMİU-da: birgə dizayn layihələri icra edilib

BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki,
Milan Politexnik Universitetinin (POLİMİ) 2 müəllimi və 11 tələbəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Səfər Elm və Təhsil Nazirliyinin “POLİMİ və AzMİU arasında bakalavriat səviyyəsində dizayn ixtisasında ikili diplom proqramının həyata keçirilməsinə dəstək” adlı qrant layihəsi çərçivəsində həyata keçirilib.

Layihə çərçivəsində tələbələrin iştirakı ilə “Orta əsr məkanının interyer və brendinq dizaynı” mövzusunda təlim təşkil olunub. Beş gün davam edən layihənin ilk günündə iştirakçılar Azərbaycanın tarixi məkanlarına baxış keçiriblər. Əyani baxışdan sonra tarixi məkanların interyer və brendinq dizaynı işlənilib.

Layihənin sonuncu günü dizayn işlərinin sərgisi keçirilib. Tələbələr dizayn işlər haqqında sərgi iştirakçılarına geniş məlumat veriblər.

Sərgidən sonra layihədə iştirak edən tələbə və müəllimlərə sertifikatlar təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş