Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Almaniya millisinin üzvündən maraqlı açıqlama



“Komanda yoldaşlarımız və məşqçilərimizlə yığışıb birlikdə qərar verdik ki, qarşımıza hansısa xüsusi məqsəd qoymayaq”. Bu sözləri voleybol üzrə qadınlardan ibarət Almaniya millisinin oyunçusu Maren Fromm deyib.

Azərbaycan və Gürcüstanın ortaq təşkil edəcəyi voleybol üzrə qadınlar arasında Avropa çempionatında millimizlə eyni qrupda mübarizə aparacaq “Bundestim”in üzvü qarşılarına xüsusi məqsəd qoymadıqlarını deyib: “Hər oyuna xüsusi yanaşıb pillə-pillə irəliləmək istəyirik. Rəqiblərimizi yaxşı tanıyırıq. Yarışa Polşa ilə başlamağımız lap əla oldu. Onlarla bu yay turnirlərdə qarşılaşmışdıq. Qarşıda bizi nə gözlədiyni bilirik”.

Maren Frommun həyat yoldaşı Kristianın da çıxış etdiyi Almaniya millisi Polşada keçirilən kişilər arasında avropa çempionatında gümüş medal qazanıb. Xanım voleybolçu ərinin bu uğuruna da münasibət bildirib: “Təəssüf ki, həyat yoldaşım bizi dəstəkləmək üçün Bakıya gələ bilmədi. Onların uğurunu təkrarlamaq istəyirik. Bizim üçün yaxşı nümunə oldular. Arzu edirik ki, biz də elə nailiyyət qazana bilək”.


Facebook-da paylaş

Xəbəri paylaş