Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Santuşun taleyinə aydınlıq gəldi



Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuşun taleyinə aydınlıq gəlib. Mütəxəssis daha iki il vəzifəsini icra edəcək. Bu barədə ölkənin Futbol Federasiyasının prezidenti Fernando Qomeş açıqlama verib:

"AÇ-2016-da çempion olduqdan sonra qərara aldıq ki, Santuşla olan müqavilə müddətini 2020-ci ilə qədər uzadaq. Biz AÇ-2018-dəki perspektivləri və problemləri nəzərə alırıq. Portuqaliyanı qarşıda Millətlər Liqası və Avropa çempionatı gözləyir. Biz Avropa çempionuyuq və bu titulu qorumaq istəyirik”.

Fernando Santuş 2014-cü ildən yığmanı çalışdırır. Portuqaliyalılar hazırda davam edən DÇ-2018-in 1/8 final mərhələsində Uruqvaya məğlub olaraq, mundialı tərk edib.


Facebook-da paylaş

Xəbəri paylaş