Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA-nın son yeniliklərində klublarımızı nə gözləyir?



Oyun qaydalarındakı bəzi dəyişikliklər UEFA bayrağı altında təşkil olunacaq yarışlarda tətbiq ediləcək. Azərbaycan komandalarının da yararlanacağı bu dəyişikliklər əsasən əvəzetmələr və adı protokola daxil edilən oyunçu sayı ilə bağlıdı.

2018/19 mövsümündə Gənclər Liqası, U-17 və U-19-lardan ibarət oğlan, həmçinin qızların yarışlarında komandalara 5 əvəzetmə reallaşdırmasına icazə verilib. Lakin komandalar bu dəyişikliklər üçün matçı 3 dəfə dayandıra bilər. Yəni digər iki əvəzetmə ya fasilədə, yada eyni vaxtda reallaşmalıdı. Əlavə vaxtda 4-cü dəfə oyunu saxlamağa icazə veriləcək.

Çempionlar Liqası, Avropa Liqası, Superkubok, qadınların Çempionlar Liqası, AVRO-2020, Regionlar kuboku, qadınların AVRO-2021-ində DÇ-2018-də olduğu kimi əsas vaxtda maksimum 3, əlavə vaxt oynanılan görüşlərdə isə 4 dəyişiklik olar. Bu qayda Millətlər Liqasının final mərhələsi, qadınların DÇ--2019-un seçmə mərhələsinin ilk iki pley-off raundu, U-21-lərin AVRO-2019-nun pley-off, yarımfinal, final və Olimpiadaya vəsiqə üçün oyunları, oğlan və qızlardan ibarət U-19-ların AVRO-2018-dəki yarımfinal və final matçlarında tətbiq ediləcək.

Həmçinin komandaların protokola daxil etdiyi oyunçuların sayı da dəyişdirilib. Artıq Superkubok, U-21-lərin Avropa çempionatının final mərhələsi, Millətlər Liqası, AVRO-2020, qadınların AVRO-2021-nin final mərhələsi zamanı komandalar protokola “23-lük” daxil edəcək.

Regionlar kuboku, oğlan və qızlardan ibarət U-19, U-17-lərin Avropa çempionatlarında bu rəqəm 20 nəfərdən ibarət olacaq.

Çempionlar Liqası, Avropa Liqası, qadınların Çempionlar Liqası, Gənclər Liqası, qadınların DÇ-2019-a təsnifat oyunları, qadınların AVRO-2021-i və U-21-lərin AVRO-2019-unun seçmə və pley-off mərhələləri, Regionlar Liqasının seçmə oyunlarında komandaların heyəti “18-lik”dən ibarət olacaq. Amma bir istisna var ki, Çempionlar Liqası və Avropa Liqasının finalında “23-lüy”ə icazə veriləcək.

Ehtiyat oyunçular skamyasında əyləşənlər digərlərinin sağlamlığına ziyan vurmayan və taktiki baxımdan rolu olması əsaslandırılan cihazlardan istifadə edə bilər. Bunlar kiçikhəcmli telefonlar, smartfonlar, smartsaatlar, planşet, netbukdu. Əgər komanda rəsmiləri icazə verilməyən cihazdan yararlansa, texniki zonadan kənarlaşdırılacaq. (Apasport)


Facebook-da paylaş

Xəbəri paylaş