Əsas Səhifə > Fotoqalareya > Santuşun taleyinə aydınlıq gəldi
Santuşun taleyinə aydınlıq gəldi10-07-2018, 15:38 |
Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuşun taleyinə aydınlıq gəlib. Mütəxəssis daha iki il vəzifəsini icra edəcək. Bu barədə ölkənin Futbol Federasiyasının prezidenti Fernando Qomeş açıqlama verib: "AÇ-2016-da çempion olduqdan sonra qərara aldıq ki, Santuşla olan müqavilə müddətini 2020-ci ilə qədər uzadaq. Biz AÇ-2018-dəki perspektivləri və problemləri nəzərə alırıq. Portuqaliyanı qarşıda Millətlər Liqası və Avropa çempionatı gözləyir. Biz Avropa çempionuyuq və bu titulu qorumaq istəyirik”. Fernando Santuş 2014-cü ildən yığmanı çalışdırır. Portuqaliyalılar hazırda davam edən DÇ-2018-in 1/8 final mərhələsində Uruqvaya məğlub olaraq, mundialı tərk edib. Geri qayıt |