Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ Vyana" klubunun azarkeşlərinə bəd xəbər - ADI DƏYİŞDİRİLİR



Avstriyada yaradılmış və adı azərbaycanlı azarkeşlər üçün böyük əhəmiyyət kəsb edən "Qarabağ Vyana" son gününü yaşayır.

kluba təyin olunan yeni rəhbərlik böyük dəyişikliklər astanasındadı. İlk olaraq da komandanın adından başlanılacaq. Yəni, daha klub "Qarabağ Vyana" adlandırılmayacaq. Sabah komanda "Qarabağ Vyana" adı ilə son matçına çıxacaq. Daha doğrusu, "Stadlau" ilə keçiriləcək oyunun fasiləsindən sonra klub bu adla vidalaşacaq və dərnək kimi fəaliyyət göstərəcək.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yer alıb.

Açıqlamada "Sevgili azarkeşlər, dostlar və "Qarabağ"ın üzvləri. Sabah yeni bir dönəm başlayır, komanda "Qarabağ Vyana" adı ilə son dəfə səhnəyə çıxacaq. Sabah komandanın "Qarabağ Vyana" adı ilə fəaliyyət göstərəcəyi son gün olacaq. Çox gözəl bir zaman idi. Divarlar klubu ələ alacaq və artıq bir dərnək olaraq davam edəcək. Yenə də "Qarabağ Vyana" olaraq hamınıza təşəkkür etmək istəyirik. Çox duyğusal, dərin bir zaman idi. Böyük uğur əldə etdik və qısa zamanda tarix yazmağa çalışdıq. Bizə hər zaman dəstək oldunuz, sadiq qaldınız və üzüstə buraxmadız. Bu duyğu üçün təşəkkürlər. Hər zaman "Qarabağ Vyana"nın bir parçası olacaqsız və bizim üçün heç vaxt unudulmayacaqsız.
Xahiş edirik, son dəfə, sabah "Stadlau"ya qarşı oyunun fasiləsində "Qarabağ Vyana"yla bir anlaşma ilə vidalaşaq. Əminik ki, yeni rəhbərlik, yeni loqosu, rəngləri və bir çox yeni futbolçuları ilə yola uğurlu şəkildə davam edəcək. Bu üzdən öncədən tənqid etməyin, bir şans verin.
Hər birinizə, "Qarabağ Vyana" tərəfdarlarına xoşbəxtlik arzu edirik" sözlərinə yer verilib.

"Qarabağ Vyana" futbol klubu 2014-cü ildə Vyana Futbol Federasiyasında (WFV) rəsmi qeydiyyatdan keçərək, "Oberliqa A"da mübarizə aparmaq üçün lisenziya əldə edib. "Oberliqa" rəsmi olaraq Vyana Futbol Federasiyasının 3-cü, Avstriya Futbol Federasiyasının isə 6-cı liqasıdı.

Komanda 2014-2015 mövsümündə "Oberliqa A"da keçirdiyi 26 oyunda 17 qələbə, 2 heç-heçə və 7 məğlubiyyət ilə sezon sonunda 55 xal toplayaraq, sadəcә 2 xallıq fәrqlә 14 klubun iştirak etdiyi liqanı ikinci olaraq bitirib. Bununla yanaşı eyni mövsümdə Vyana kubokunda iştirak etmiş və ardıcıl 5 mərhələdə qələbə qazanıb. Yeni qurulan bir klub üçün əldə olunmuş nəticə yerli ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

"Qarabağ Vyana" 2015-2016 ci il mövsümünə isə yarışa "Oberliqa"dan daha yüksək olan 2-ci "Landesliqa"dan başlayıb. Bu Vyana Futbol Federasiyasının rəsmi olaraq 2-ci, Avstriya Futbol Federasiyasının isә 5-ci liqası hesab olunur. Bu liqada yeni olmasına baxmayaraq "Qarabağ Vyana" keçirdiyi 30 oyunda, 21 qələbə, 4 bərabərlik və 5 məğlubiyyətlə 67 xal toplayıb və 16 komandanın mübarizə apardığı yarışda ən yaxın izləyicisini 4 xal qabaqlayaraq çempion olub. Vyana Kubokunda da iştirak edərək, böyük uğur əldə qazanıb. Vyana Futbol Federasiyasının 289 klubunun iştirak etdiyi Vyana kubokunda komanda finala qədər yüksəlmiş və Avstriya milli futbol komandasının ev oyunlarını keçirdiyi "Ernst-Happel" Stadionunda digər finalçı "SV Gersthof"u 2-0 məğlub edərək kuboku başı üzərinə qaldırıb. "Qarabağ Vyana" bu nəticə ilə 2-ci Landesliqa tarixinə eyni mövsümdə həm çempion olan, həmdə şəhər kubokunu qazanan ilk klub olaraq keçib.

2016-2017 mövsümündə isə komanda ilk dəfə olaraq Vyana əyalət çempionu kimi, Avstriya kubokunda iştirak hüququ qazanıb və 2016-cı il 8 iyul tarixində Avstriyanın ən tanınmış klubu olan "Rapid"lə qarşılaşıb. Bu matçda 1:3 hesablı məğlubiyyətə uğrasa da, "Qarabağ Vayana" iki klub arasında həm səviyyə həm də büdcə fərqinə baxmayaraq göstərdiyi əzmkarlıqla hamını yaxşı mənada təəccübləndirməyi bacarıb.

Azərbaycanlı futbolçular Emil Fərzəliyev, Dmitri Nağıyev və Elvin Bədəlov da müxtəlif vaxtlarda "Qarabağ Vyana"nın formasını geyib.


Facebook-da paylaş

Xəbəri paylaş