İlk Liqa Kubokunda qaliblər müəyyənləşdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Boks Federasiyasının idman zalında taekvondo üzrə İlk Liqa Kuboku keçirilib. Turnirdə 700-ə yaxın idmançı mübarizə aparıb.
Saatlı rayonunun "Araz-Şöhrət" İdman Klubunun yetirməsi Ramiz Cavadov turnirdə bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb.
Qeyd edək ki, "Araz-Şöhrət" idman klubunun prezidenti taekvondoçulara hər zaman maddi və mənəvi dəstək olan Ayəddin Fərmanovdur.
Onu da xatırladaq ki, yarış "Ümid" Taekvondo Klubunun təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə keçirilir.
Alxas Məmmədov
Facebook-da paylaş