"Dinamo"nun baş məşqçisi: "Bu qol Mahir Emrelinin özünəinamı üçün yaxşıdır"
"Bu qol, şübhəsiz ki, Mahir Emrelinin özünəinamı üçün yaxşıdır".
BrendSport.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" komandasının baş məşqçisi Sergey Yakiroviç "Varajdin"lə heç-heçə (1:1) etdikləri XIV turun oyunundan sonra deyib.
46 yaşlı mütəxəssis hücum xəttindəki oyunçulardan razı qalmadığını bildirib: "Biz daha çox təhlükə yaratmalıyıq. Tez-tez rəqib qapısını təzyiqdə saxlamalıyıq. Qapıya zərbə vurmasan, fərqlənə bilməyəcəksən".
Qeyd edək ki, "Varajdin"lə matçda 75-ci dəqiqədə meydana çıxan Emreli 90+5-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.
Facebook-da paylaş