Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İngiltərə milli komandası tarixdə ilk Finalissimanın qalibi olub

İngiltərə milli komandası tarixdə ilk Finalissimanın qalibi olub

Qadın futbolçulardan ibarət İngiltərə milli komandası tarixdə ilk Finalissimanın qalibi olub.

BrendSport.az
xəbər verir ki, İngiltərə yığması Braziliya seçməsi ilə qarşılaşıb.

Uembli stadionunda təşkil olunan matçda hesabı “Mançester Yunayted”in yarımmüdafiəçisi, ingiltərəli futbolçu Ella Tun açıb. Matçın sonunda Andressanın qolu ilə hesab bərabərləşib – 1:1. Qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən İngiltərə seçməsi 4:2 hesabı ilə qalib gəlib.
İngiltərə millisinin yarımmüdafiəçisi Kira Uolş matçın ən yaxşısı seçilib.

Xatırladaq ki, Finalissima Avropa çempionatı (UEFA) və Amerika kuboku yarışlarının (KONMEBOL) qalibləri arasında keçirilir. İngiltərə yığması 2022-ci il Avropa çempionatının qalibi olub. İngiltərə seçməsi qitə çempionatın final matçında əlavə vaxtda Almaniya millisini 2:1 hesabı ilə məğlub edib. Ötən il Amerika kuboku yarışlarının finalında Braziliya və Kolumbiya milliləri üz-üzə gəliblər. Rəqibinə 1:0 hesabı qalib gələn Braziliya seçməsi tarixində səkkizinci dəfə turnirin qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş