Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema Fransanın PSJ komandasında çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

BrendSport.az
xəbər verir ki, 36 yaşlı hücumçu buna İngiltərədə “Liverpul”a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyununda nail olub.
Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi bacarıb. Hər iki oyunçu 2005/2006-cı il mövsümündən Çempionlar Liqasında qol vurur.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş