DÇ-2022: Ukrayna yığmasının oyunu təxirə salına bilər
Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının pley-off oyunu təxirə salına bilər.
BrendSport.az “USA Today” nəşrinə istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası məsələ ilə bağlı FIFA-ya müraciət edib.
Qarşılaşmaların iyuna ertələnəcəyi gözlənilir. Bu, gerçəkləşəcəyi təqdirdə, aprelin 1-də Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi 32 iştirakçı arasında sonuncu cütlüklər olmadan keçiriləcək.
Ukrayna yığmasının əsas futbolçuları "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) klublarında çıxış edir. Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb və komandaların legionerlərinin əksəriyyəti təhlükəsizliyə görə ölkəni tərk ediblər.
Qeyd edək ki, Şotlandiya - Ukrayna matçı martın 24-də Qlazqo şəhərində oynanılmalıdır. Qalib komanda martın 29-da Uels - Avstriya cütünün güclüsü ilə finalda üz-üzə gələcək.
Facebook-da paylaş