Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək


Fevralın 22-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək.

BrendSport.az
saytı xəbər verir ki, qarşılaşmalar Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Turnirin son qalibi “Çelsi” İngiltərədə Fransanın “Lill” klubu ilə üz-üzə gələcək. Görüşü ispaniyalı referi Xesus Hil Mansano idarə edəcək.
Meydan sahiblərinin heyətində Ben Çiluellin zədə səbəbindən görüşdə iştirak etməyəcəyi dəqiqləşib. Ris Ceyms, Meyson Maunt və Ruben Loftus-Çikin meydana çıxmaları isə sual altındadır. Qonaq komandada isə Renatu Sançeş və İsaak Lihacinin matçda iştirakı hələ dəqiq müəyyənləşməyib.
Gecənin digər oyununda İtaliyanın “Yuventus” klubu İspaniyada “Vilyarreal” ilə qarşılaşacaq. Matçın baş hakimi almaniyalı Daniel Zibert olacaq.
Hər iki komanda meydana ciddi itkilərlə çıxacaq. Turin təmsilçisinin heyətində Corco Kyellini, Daniele Ruqani, Paulo Dibala və Federiko Kyeza, La Liqa təmsilçisində isə Ruben Penya, Fransis Koklen və Jerar Moreno matçı zədə üzündən buraxmalı olacaqlar. Bundan başqa, qonaq komandada Luka Pelleqrini, Leonardo Bonuççi və Federiko Bernardeskinin meydana çıxması da sual altındadır.
Bu komandalar arasında cavab oyunları martın 16-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş