Sankt-Peterburq şəhərinin rəhbərliyi Çempionlar Liqasının finalında 40 minədək əcnəbi azarkeşi qəbul etməyə hazırlaşır
Sankt-Peterburq şəhərinin rəhbərliyi Çempionlar Liqasının finalında 40 minədək əcnəbi azarkeşi qəbul etməyə hazırlaşır.
BrendSport.az saytı xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyi məlumat yayıb.
Sankt-Peterburq Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququna 2019-cu ilin sentyabrında sahib olub.
Çempionlar Liqasının finalı 2022-ci il mayın 28-də Sankt-Peterburqda 63 min azarkeş tutumuna malik “Qazprom Arena”da keçiriləcək.
Facebook-da paylaş