Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Biz yaxşı və pis gündə birlikdəyik - Hər kəsdən üzr istəyirik"




"Çox məyusuq. Belə olacağını gözləmirdik. Əlbəttə, bizdən gözləntilər böyük idi. Belə olan təqdirdə məyusluq da çox olur".

BrendSport.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Merih Demiral Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Türkiyə yığması A qrupunu xalsız bitirib. Müdafiəçi bildirib ki, danışılacaq çox şey yoxdur:

"Turnirin ən gənc komandasıyıq. Bu, bizə ümid verir. İnanıram ki, bundan sonrakı turnirlərə qatılaraq necə yaxşı komanda olduğumuzu göstərəcəyik.

Mən dostlarıma inanıram. AVRO-2020 bizim üçün böyük təcrübə oldu. Biz yaxşı və pis gündə birlikdəyik. Hər kəsdən üzr istəyirik".


Facebook-da paylaş

Xəbəri paylaş