Əsas Səhifə > Dünya idmanı > "Biz yaxşı və pis gündə birlikdəyik - Hər kəsdən üzr istəyirik"
"Biz yaxşı və pis gündə birlikdəyik - Hər kəsdən üzr istəyirik"21-06-2021, 16:55 |
"Çox məyusuq. Belə olacağını gözləmirdik. Əlbəttə, bizdən gözləntilər böyük idi. Belə olan təqdirdə məyusluq da çox olur". BrendSport.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Merih Demiral Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. Türkiyə yığması A qrupunu xalsız bitirib. Müdafiəçi bildirib ki, danışılacaq çox şey yoxdur: "Turnirin ən gənc komandasıyıq. Bu, bizə ümid verir. İnanıram ki, bundan sonrakı turnirlərə qatılaraq necə yaxşı komanda olduğumuzu göstərəcəyik. Mən dostlarıma inanıram. AVRO-2020 bizim üçün böyük təcrübə oldu. Biz yaxşı və pis gündə birlikdəyik. Hər kəsdən üzr istəyirik". Geri qayıt |