"Nə deyəcəyimi bilmirəm"
"İnanılmazdır. Nə deyəcəyimi bilmirəm. Yarış möhtəşəm idi".
BrendSport.az xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü yeri tutan "Alpha Tauri" komandasının pilotu Pyer Qasli deyib.
Fransalı sürücü Bakıda podiuma çıxacağını gözləmədiyini bildirib: "Amma sonunda bunu bacardıq. Həqiqətən inanılmazdır".
Qasli bu yarışın çox çətin keçdiyini sözlərinə əlavə edib.
Azərbaycan Qran-prisini "Red Bull"dan Serxio Peres qazanıb. "Aston Martin"in üzvü Sebastian Fettel ikinci olub.
Facebook-da paylaş