Avropa çempionatının açılış matçı İtaliya millisinin qələbəsi ilə başa çatıb
BrendSport.az xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda keçirilən qarşılaşma İtaliya seçməsinin qələbəsi ilə başa çatıb - 3:0.
Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Buna baxmayaraq komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Fasilədən sonra hücumlara davam edən İtaliya millisi matçın 53-cü dəqiqəsində hesabı açıb. Domeniko Berardinin cinah ötürməsindən sonra Merih Demiral topu öz qapısına göndərib.
Qoldan sonra oyuna daha inamlı davam edən italyanlar qarşılaşmanın 66-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Türkiyə millisinin cərimə meydançasında qarışıqlıqdan istifadə edən Çiro İmmobile rəqibin qapısına ikinci qolu vurub.
Facebook-da paylaş