Əsas Səhifə > Dünya idmanı > Avropa çempionatının açılış matçı İtaliya millisinin qələbəsi ilə başa çatıb

Avropa çempionatının açılış matçı İtaliya millisinin qələbəsi ilə başa çatıb


12-06-2021, 15:25


BrendSport.az xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda keçirilən qarşılaşma İtaliya seçməsinin qələbəsi ilə başa çatıb - 3:0.

Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Buna baxmayaraq komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Fasilədən sonra hücumlara davam edən İtaliya millisi matçın 53-cü dəqiqəsində hesabı açıb. Domeniko Berardinin cinah ötürməsindən sonra Merih Demiral topu öz qapısına göndərib.

Qoldan sonra oyuna daha inamlı davam edən italyanlar qarşılaşmanın 66-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Türkiyə millisinin cərimə meydançasında qarışıqlıqdan istifadə edən Çiro İmmobile rəqibin qapısına ikinci qolu vurub.
Geri qayıt