Lövdən "Barselona" açıqlaması
Avro-2020-dən sonra Almaniya millisinin baş məşqçisi vəzifəsini tərk edəcək Yoahim Löv yeni mövsümdə hansısa klubda işləməyi düşünmür.
BrendSport.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Barselona"da daxil olmaqla bir çox klubla adı hallanan alman mütəxəssis bu il işinə fasilə vermək istədiyini bildirib: "Bu yay heç bir klubla müqavilə imzalayamayacağam. "Barselona"dan heç kimlə əlaqə saxlamıram. Fikrimdən dönməyəcəyəm".
Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya millisini çalışdırır.
Facebook-da paylaş