Corcina Ronaldonun növbəti mövsüm harada oynayacağını açıqladı
"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes portuqaliyalı oyunçunun gələcəyi ilə bağlı danışıb.
BrendSport.az ESPN-ə istinadən xəbər verir ki, Netflix sənədli serialının çəkilişləri zamanı İspaniyanın küçələrində gəzən tanınmış modelə futbolçunun gələcəyi barədə sual verilib. O, isə 36 yaşlı oyunçunu heç yerə getməyəcəyini deyib: "O qalacaq".
Qeyd edək ki, son həftələrdə Ronaldonun adı "Mançester Yunayted", PSJ və "Roma" ilə hallanır.
Facebook-da paylaş