Əsas Səhifə > Dünya idmanı > Corcina Ronaldonun növbəti mövsüm harada oynayacağını açıqladı

Corcina Ronaldonun növbəti mövsüm harada oynayacağını açıqladı


30-05-2021, 13:36


"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes portuqaliyalı oyunçunun gələcəyi ilə bağlı danışıb.

BrendSport.az ESPN-ə istinadən xəbər verir ki, Netflix sənədli serialının çəkilişləri zamanı İspaniyanın küçələrində gəzən tanınmış modelə futbolçunun gələcəyi barədə sual verilib. O, isə 36 yaşlı oyunçunu heç yerə getməyəcəyini deyib: "O qalacaq".

Qeyd edək ki, son həftələrdə Ronaldonun adı "Mançester Yunayted", PSJ və "Roma" ilə hallanır.
Geri qayıt