"Bu gün azərbaycanlı qardaşlarımızla oynayacağıq" - Burak Yılmaz
Türkiyə millisinin futbolçusu Burak Yılmaz Azərbaycanla bu gün keçiriləcək yoxlama oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.
BrendSport.az xəbrə verir ki, o, konfrans zamanı Azərbaycan haqda da danışıb: "Azərbaycan bizim qardaşımızdır. Bu gün azərbaycanlı qardaşlarımızla oynayacağıq. Avro-2020 zamanı Bakıda oynamaq bizim üçün böyük şans olacaq. Onlara salam göndərirəm. İnşallah, qələbə ilə Azərbaycana getmək istəyirik".
Qeyd edək ki, Türkiyə millisi Avro-2020-də ilk oyununu İtaliyaya qarşı keçirəcək. Daha sonra yığma Bakıda Uels və İsveçrə ilə qarşılaşacaq.
Facebook-da paylaş