Əsas Səhifə > Dünya idmanı > "Bu gün azərbaycanlı qardaşlarımızla oynayacağıq" - Burak Yılmaz

"Bu gün azərbaycanlı qardaşlarımızla oynayacağıq" - Burak Yılmaz


27-05-2021, 17:14


Türkiyə millisinin futbolçusu Burak Yılmaz Azərbaycanla bu gün keçiriləcək yoxlama oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.

BrendSport.az xəbrə verir ki, o, konfrans zamanı Azərbaycan haqda da danışıb: "Azərbaycan bizim qardaşımızdır. Bu gün azərbaycanlı qardaşlarımızla oynayacağıq. Avro-2020 zamanı Bakıda oynamaq bizim üçün böyük şans olacaq. Onlara salam göndərirəm. İnşallah, qələbə ilə Azərbaycana getmək istəyirik".

Qeyd edək ki, Türkiyə millisi Avro-2020-də ilk oyununu İtaliyaya qarşı keçirəcək. Daha sonra yığma Bakıda Uels və İsveçrə ilə qarşılaşacaq.


Geri qayıt