Bundesliqa klubunda yeni baş məşqçi
“Ayntraxt”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
BrendSport.az xəbər verir ki, komandanı Oliver Qlasner çalışdıracaq. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Qlasnerin son klubu "Volfsburq" olub.
Facebook-da paylaş