Premyer Liqa klubunda yeni müqavilə
“Lester” futbolçusu Mark Olbraytonun müqaviləsinin müddətini uzadıb.
BrendSport.az xəbər verir ki, “tülkülər” 29 yaşlı yarımmüdafiəçiylə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Olbraytonun əvvəlki müqaviləsi 2020-ci ilə qədər idi.
İngilis futbolçu cari mövsümdə 26 qarşılaşmada iştirak edərək, 3 qol və 4 məhsuldar ötürməylə yadda qalıb.
Facebook-da paylaş