Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa klubu türk futbolçuya “elçi düşdü”



“Beşiktaş”ın futbolçusu Oğuzhan Özyakup karyerasını İngiltərədə davam etdirə bilər.

BrendSport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sauthempton” türkiyəli yarımmüdafiəçiylə yaxından maraqlanır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Premyer Liqa təmsilçisinin 26 yaşlı futbolçu üçün qış transfer pəncərəsi dövründə “Beşiktaş”la danışıqlara başlayacağı bildirilib.

2012-ci ildə “Arsenal”dan transfer edilən Özyakup, cari mövsümdə “qara qartallar”la 23 oyunda iştirak edərək, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş