Sautqeytin taleyinə aydınlıq gəldi
Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytin millidəki taleyi bəlli olub.
BBC-nin yaydığı xəbərə görə, İngiltərə Futbol Federasiyası 48 yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Milli ilə 2020-ci ilə qədər müqaviləsi olan Sautqeyt, yeni müqavilə ilə 2022-ci ilədək yığmanın “sükanı arxasında” qalacaq. İngilis mütəxəssisin illik 3 milyon funt-sterlinq məvacib alacağı bildirilib.
Sautqeyt 2016-cı ildə İngiltərə millisində baş məşqçi postuna təyin olunmuşdu.
Facebook-da paylaş