Əsas Səhifə > Dünya idmanı > Premyer Liqa klubunda yeni müqavilə

Premyer Liqa klubunda yeni müqavilə


18-01-2019, 15:17



“Lester” futbolçusu Mark Olbraytonun müqaviləsinin müddətini uzadıb.

BrendSport.az xəbər verir ki, “tülkülər” 29 yaşlı yarımmüdafiəçiylə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Olbraytonun əvvəlki müqaviləsi 2020-ci ilə qədər idi.

İngilis futbolçu cari mövsümdə 26 qarşılaşmada iştirak edərək, 3 qol və 4 məhsuldar ötürməylə yadda qalıb.
Geri qayıt