Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın qrupundan çıxıb çempion olanlar




2020/21 mövsümündə “Qarabağ”ın yer aldığı qrupda oynayan “Vilyarreal” Avropa Liqasının qalibi olub. İspanlar dünən keçirilən həlledici qarşılaşmada İngiltərə təmsilçisi “Mançester Yunayted”a qalib gəlib (əsas vaxt 1:1, penaltilər seriyasında 11:10).

BrendSport.az xatırladır ki, indiyədək avrokuboklarda Ağdam klubu ilə eyni qrupda yer alan komandalar sonradan uğurlu nəticələr göstərərək finala qədər gəlməyib bacarıb. Bunlar "Dnepr" Ukrayna (2014/15 mövsümü. “Qarabağ”la oyunlar: 0:1, 2:1) "Atletiko" Madrid (2017/18 mövsümü Çempionlar Liqasının qrupu, 0:0, 1:1), "Arsenal" İngiltərə (2018/19 mövsümü: 0:3, 0:1), "Sevilya" İspaniya (2019/20 mövsümü, 0:3, 0:2) və "Vilyarreal"dır İspaniya (2019/20 mövsümü: 1:3, 0:3 (texniki məğlubiyyət). Bu komandalardan 3-ü – “Atletiko”, “Sevilya” və “Vilyyareal” Avroliqanın qalibi olub.

Maraqlıdır ki, həmin komandalardan “Atletiko” ÇL-in qrupunda keçirdiyi görüşlərdə Qurban Qurbanovun komandası hər iki matçda heç-heçə edib. Finalçılardan olan “Dnepr”ə isə “Qarabağ” səfərdə 1:0 hesabı ilə qalib gəlməyi bacarıb.


Facebook-da paylaş

Xəbəri paylaş