Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sterlinqlə uzunmüddətli müqavilə



İngiltərə çempionu “Mançester Siti” futbolçusu Rahim Sterlinqi daha bir neçə il komandada saxlamaq istəyir.

BeendSport.az “Daily Mail”ə istinadən xəbər verir ki, “şəhərlilər” yaxın günlərdə ingilis yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcəklər. Sözləşmənin uzunmüddətli nəzərdə tutulduğu bildirilib.

Futbolçunun özünün də komandasında qalmaqdan məmnun olduğu qeyd olunub.

2015-ci ilin yayında “Liverpul”dan 63.5 milyon avroya transfer edilən Sterlinq bu mövsüm Premyer Liqada 30 oyuna 10 qol vurub, 6 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş