Alabadan Avstriya klubuna maddi dəstək
“Bavariya”nın futbolçusu David Alaba Avstriyanın “Austriya” klubuna maddi dəstək verib.
BrendSport.az xarici KİV-lərə istinadən xəbər verir ki, müdafiəçi 500 min avro qarşılığında iflas həddində olan klubun səhmlərinin 2 faizini alıb. Bu sərmayənin Avstriyaya yeni investor cəlbinə kömək etməsi gözlənilir. Alaba 2002-2008-ci illərdə “Austriya”nın gənclər komandalarında oynayıb, oradan “Bavariya” akademiyasına keçib.
Qeyd edək ki, David Alaba yayda Münhen təmsilçisini tərk edəcəyini açıqlayıb.
Facebook-da paylaş